Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində Avropa İttifaqının vəziyyəti ilə bağlı çıxış edib.
Elchi.az xəbər verir ki, o, çıxışı zamanı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndiriləcəyini elan edib.
O, Rusiya Federasiyasına təzyiqlərin artırılmalı olduğunu bildirdi və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının daha da sərtləşdiriləcəyini vurğulayıb.
İndiyədək Aİ 21 sanksiya paketi tətbiq edib. Hazırda Avropa Komissiyası tərəfindən 22-ci paket hazırlanır, lakin o, hələ rəsmən təqdim olunmayıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bu məsələ ilə bağlı şərh vermişdi. O bildirmişdi ki, Avropa İttifaqının tətbiq edə biləcəyi sanksiyaların heç bir həddi yoxdur. Onun fikrincə, avropalı siyasətçilərin ağılsızlığının da hüdudu yoxdur. Peskov qeyd edib ki, əvvəlki məhdudiyyətlər Aİ iqtisadiyyatına yalnız dolayı yolla təsir göstərdiyi halda, hazırda qurumun arsenalında qalan yeganə tədbirlər birbaşa Aİ ölkələrinin maraqlarına təsir edəcək addımlardır.
Yeganə





















