ABŞ bitərəf tərəf kimi çıxış etmək əvəzinə, birmənalı şəkildə Ukraynanın mövqeyini tutmalıdır.
Elchi.az xəbər verir ki, Nümayəndələr Palatasının üzvü Don Beykon Ağ Evin münaqişə ilə bağlı mövqeyini məhz bu cür tənqid edib.
Konqresmen qeyd edib: “ABŞ bitərəf tərəf kimi çıxış etmək əvəzinə, birmənalı şəkildə Ukraynanın tərəfində durmalıdır. Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi görülməsi vacib olan minimum tədbirdir”.
Sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ağ Ev rəhbəri Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək səylərini davam etdirir.
İyun ayında Putin bəyan etdi ki, Rusiya Ukrayna ilə danışıqları İstanbul razılaşmaları əsasında bərpa etməyə hazırdır. Rusiya lideri həmçinin vurğuladı ki, həmin danışıqlar Ankoricdə əldə olunmuş razılaşmaları və mövcud reallıqları özündə ehtiva etməlidir.
Yeganə





















