Zelenski: Aİ Ukraynanın sülh formulunu rəsmən dəstəkləyir

82

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynanın hazırladığı sülh formulasını rəsmən dəstəkləyir.

Elchi.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə keçirilən Ukrayna-Avropa İttifaqı (Aİ) Sammiti zamanı bildirib.

Ölkəsinin Aİ ilə inteqrasiya prosesinin davam etdiyini qeyd edən Zelenski sammitdə əsasən bu məsələnin müzakirə edildiyini deyib:

“Bizim tərəfdaşlarımızla Ukraynanı Aİ-yə necə yaxınlaşdırmaq barədə dəqiq razılaşmalarımız var”.

Rusiya ordusunun hücumlarına baxmayaraq, Aİ-yə üzvlük prosesini davam etdirmək üçün aktiv şəkildə işləməyə davam etdiklərini vurğulayan Zelenski həmçinin qeyd edib:

“Ukraynanın azadlığını və dəyərlərini qoruyuruq. Dövlətimizin Avropa məqsədlərinə çatacağıq”

Aİ-nin də Ukraynanın müharibəni bitirmək üçün keçən il hazırladığı 10 bəndlik sülh formulasını dəstəklədiyini vurğulayan Zelenski söyləyib ki, Aİ bu gün Ukrayna sülh formulunu rəsmi olaraq dəstəkləyir.  Bu, sammitin yekun bəyannaməsində qeyd edildi”.

ABŞ-ın Ukraynaya yerdən atılan uzaqmənzilli raketlər də daxil olmaqla əlavə hərbi yardım göstərmək qərarına gəldiyini xatırladan Zelenski ölkə prezidenti Co Baydenə təşəkkür edib.

Yeganə