İtaliyanın xarici işlər naziri Antonio Tayani Ukraynaya yeni yardım paketinin hazırlandığını bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Tayaninin sözlərinə görə, İtaliya Ukraynanın təhlükəsizliyini, bərpasını və müdafiə qabiliyyətini dəstəkləməyə, həmçinin Aİ-nin sanksiya siyasəti çərçivəsində Moskvaya təzyiq göstərməyə davam edəcək.
İtaliya XİN rəhbəri həmçinin Qara və Aralıq dənizlərinin qlobal ərzaq təhlükəsizliyi və Ukrayna taxılının ixracı üçün strateji əhəmiyyətini vurğulayıb.
Məryəm





















