Belarusda Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə “Birinci İnformasiya” dövlət telekanalı məlumat yayıb.
“Belarus Respublikası ardıcıl olaraq sülhsevər mövqeyə sadiq qalaraq və dialoq üçün etibarlı meydança kimi çıxış edərək növbəti humanitar missiyanı həyata keçirib. Dövlət başçısı Aleksandr Lukaşenkonun tapşırığı ilə əvvəllər əsarətdə olan 10 Ukrayna vətəndaşının və Rusiya Federasiyasının 10 hərbi qulluqçusunun vətənə qaytarılması mexanizmi işə salınıb”, – deyə məlumatda bildirilir.
“Humanitar missiya beynəlxalq humanitar hüquq normalarına dürüstlüklə riayət olunmaqla baş tutub”, – deyə vurğulanır.
Məryəm





















