Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə İraq hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “Al Hadath” məlumat verib. Qeyd olunur ki, əl-Kəabi ilə birlikdə təşkilatın daha üç üzvü də saxlanılıb.
Mənbənin sözlərinə görə, İraq məhkəməsi digər bir komandir – əl-Yaqubiyə tam bəraət verib. O, ABŞ obyektlərinə hücumlarda şübhəli bilinirdi, lakin azadlığa buraxılıb.
Bundan əlavə, mənbə qeyd edir ki, hazırda İraqın baş naziri Əli əz-Zeydi silahların təhvil verilməsi ilə bağlı daha beş böyük qruplaşma ilə danışıqlar aparır: “Hizbullah ən-Nucəba”, “Kətaib Seyyid əş-Şühəda”, “Kətaib Hizbullah”, “Səraya Əvliya əd-Dəm” və “Əshab əl-Kəhf”.
“Həşd əş-Şaabi” — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tam nəzarəti altında olan İraq şübhəli hərbi təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu, ümumi sayı təxminən 200 min döyüşçüdən ibarət olan müxtəlif silahlı birləşmələri birləşdirən çətir təşkilatdır.
Məryəm





















