ABŞ-da 25 yaşlı panda “Le Le” ölüb

68

ABŞ-ın Tennessi əyalətindəki “Memfis” Zooparkında yaşayan “Le Le” adlı panda ölüb. 25 yaşlı erkək pandanın fevralın 1-də öldüyü bildirilən açıqlamada ölüm səbəbinin aparılan araşdırmalardan sonra müəyyən edilə biləcəyi qeyd edilib.

Elchi.az xəbər verir ki, “Memfis” Zooparkından verilən açıqlamada “Le Le”nin adının mənasının “xoşbəxt xoşbəxt” olduğu  bildirilib.

Açıqlamada 1998-ci ilin iyulunda dünyaya göz açan “Le Le”nin 2003-cü ildən zooparkın sakini olduğu qeyd edilib.

Qeyd edək ki, pandaların təbii mühitdə orta ömrü 14-20 ildir. Ancaq zoopark kimi obyektlərdə yaşayan pandalar üçün bu müddət 38 ilə qədər ola bilər.

Yeganə