Rusiyadan Kanadanın sanksiyalarına CAVAB

58

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Moskvanın Ottavadan yeni sanksiyalara cavabını açıqlayıb. Xatırladaq ki, bundan əvvəl Kanada Rusiyadan onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlamışdı.

Elchi.az-ın Rusiya mediasına istinadən məlumatına görə, xüsusilə, “Rossiya Seqodnya” media qrupu, eləcə də bir neçə jurnalist və sənətçi sanksiyaya məruz qalıb.

Stepanov qeyd edib ki, Moskva həmişə qarşılıqlılıq prinsipi əsasında hərəkət edir və cavab addımları simmetrik və ya asimmetrik ola bilər. Onun sözlərinə görə, Rusiya Ottavanın qeyri-dost addımlarına təəssüf hissi ilə yanaşır.

O, həmçinin əlavə edib ki, hazırda səfirlik yenilənmiş sanksiyalar siyahısına daxil edilmiş Nadejda Babkinanın mahnılarını dinləyir.

Stepanov xatırladıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən istənilən sanksiyalar qanuni deyil, lakin Qərb ölkələri bunu xatırlamır:

“Bunu hamı yaxşı bilir, lakin Qərbdə hər kəs beynəlxalq hüququ çoxdan unudub, qaydalara əsaslanan nizam-intizam anlayışı sanki illüziya olub”.

Yeganə