Ukrayna hərbçilərinin silahları nə qədər güclü olarsa, istifadə dairəsi nə qədər geniş olarsa, bu müharibə bir o qədər tez bitər.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Müharibənin bitəcəyi tarixlə bağlı müxtəlif fərziyyələr var. Amma zaman məsələsi birbaşa Rusiyanın verdiyi itkilərdən asılıdır. Onlar nə qədər çox itki versə, biz öz torpaqlarımızı daha tez azad edib Ukraynanın təhlükəsizliyinə təminat verə bilərik. Bizə dəstək olan hər kəs bu barədə düşünməlidir ki, nə etmək olar ruslar böyük itkilər versin və müharibə tez qurtarsın. Həlak olan 43 000 rus əsgər Rusiya rəhbərliyini müharibə bitməsi üçün yola gətirə bilməyibsə, demək, əmin olmaq üçün daha çox döyüşməli, daha çox nəticə əldə etməliyik”, – Zelenski bildirib.
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...





















Son şərhlər