“Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər”.
Elchi.az xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
Diplomat Zelenskinin seçki kampaniyası zamanı verdiyi vədləri – Donbasdakı münaqişəyə son qoymaq və Ukraynada dil azadlığını təmin etmək vədlərini xatırladıb.
“Həqiqətən bilmirəm — və çox güman ki, heç vaxt da bilməyəcəyik, halbuki bilməyimizi istərdim — o, əvvəldən insanları aldatdığını bilirdimi, yoxsa havadarları sonda elə bir vəziyyət yaratdılar ki, Zelenskinin özü də aldadıldı və qarşısında başqa seçim qalmadı,” — deyə Zaxarova mülahizə yürütdü.
Daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə UPA-nın adını verməklə ölümcül səhvə yol verib. Eyni zamanda, o vurğulayıb ki, tarixi yaddaşla bağlı fikir ayrılıqları Ukraynaya göstərilən dəstəyin dayandırılmasına səbəb olmamalıdır.
Yeganə





















