Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qar Styöre ilə telefon danışığı keçirib, müzakirə olunan əsas mövzulardan biri Ukraynanın hərbi ehtiyacları olub.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün “X” sosial şəbəkə hesabında yazıb.
Zelenski Styöreyə “Rusiyanın PUA və raket zərbələri ilə davam edən hücumları” barədə məlumat verdiyini qeyd edib.
“Bu amansız eskalasiyadan müdafiə olunmaq üçün Ukraynaya nəyin lazım olduğunu, ilk növbədə HHM sistemlərini və F-16 qırıcılarımızın təminatını müzakirə etdik. Addımlarımızı koordinasiya edirik və insan həyatının, təhlükəsizliyin daha yaxşı qorunmasını təmin etmək üçün çalışırıq. Şəxsən Baş nazirə və bütün Norveçə dəyişməz dəstəyə görə təşəkkür edirəm”, – deyə o əlavə edib.
Məryəm





















