Elchi.az xəbər verir ki, diplomat vurğulayıb ki, Moskvanın konkret addımları Vaşinqton və Helsinkinin hərəkətlərindən asılıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xəbərdarlıq edib ki, Moskva Finlandiyada Amerika hərbi bazalarının yerləşdirilməsi nəticəsində yarana biləcək potensial təhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün hərbi-texniki və digər xarakterli cavab tədbirləri görəcək.
Bundan əvvəl Finlandiya Xarici İşlər Nazirliyi Vaşinqtonla birgə müdafiə məsələsi üzrə danışıqların başa çatdığını və müvafiq sazişin qəbul edildiyini bəyan etmişdi, əgər həyata keçirilərsə, ABŞ Finlandiya ərazisindən öz qoşunlarını öyrətmək və silahlarını yerləşdirmək üçün istifadə edə biləcək.
Şayəstə Hüseynova