Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ildə beynəlxalq biznesə Ermənistana investisiya qoymağı təklif etsə də, Ermənistanın Elektrik Şəbəkələrini milliləşdirməyi planlaşdırır.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz,” Paşinyan deyib, “beynəlxalq biznesi Ermənistana sərmayə qoymağa dəvət edirik” deyən Zaxarova qeyd edib ki, hazırda Paşinyan “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın investisiyalarının milliləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verir.
Karapetyan hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur və həbs edilməlidir. O, Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Onun əsasında həbs-qətimkan tədbiri təkcə həbs deyil, həm də cərimə və ya ictimai işlər ola bilər. İş adamının vəkillərinin fikrincə, başlanmış proses, o cümlədən həbslə bağlı vəsatət qanunsuzdur.
Nuranə Məmmədova


















