"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Zəngilanın hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək”

20 Oktyabr 2022 - 12:02
in MÖVQE
FacebookVatsap

“2020-ci il oktyabrın 20-də şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladığı əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmənin qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı”.

Bunu da oxuyun

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov FB hesabında bildirib.

Millət vəkili deyib ki, Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı:

“Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı”.

K.Qafarov ermənilərin işğal dövründə Zəngilan şəhərini və rayonun kəndlərini vəhşicəsinə talan edərək dağıtdıqlarının ən dəhşətli vandalizm olduğunu bildirib:

“1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. İşğaldan öncə rayon ərazisində 1 şəhər, 5 qəsəbə və 83 kənd, onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Rayon ərazisində mövcud olmuş XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan kəndi, Rəzdərə kənd məscidləri, Xanazor və Yeməzli kəndlərində alban kilsələri, Məmmədbəyli kəndi ərazisində yerləşən XIV əsrə aid Səkkizguşəli türbə, Ağkənd kəndində Ziya Baba ocağı ziyarətgahı, Bartaz kəndində Xanazor türbəsi, Xanazor, Soltan Heydər, Günqışlaq, İzzə pirləri, daha onlarla türbə, pir və ziyarətgahlar, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu.”

K.Qafarov hazırda Zəngilan rayonunun özünün yeni inkişaf dövrünü yaşadığını qeyd edib:

“Rayonda yenidənqurma işləri surətlə davam edir. Cənab Prezident İlham Əliyevin 2020-ci ilin dekabr ayının 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltdığı gündən sonra dəfələrlə bu rayona etdiyi səfərlər burada aparılan işlərin dövlət başçımızın xüsusi nəzarətində olduğundan xəbər verir. Bu səfərlər zamanı Azərbaycan Prezidentinin şəxsən iştirak etdiyi çoxsaylı təməlqoyma və açılış mərasimləri də görülən işlərin böyük miqyasına və yüksək dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, “Böyük Qayıdış” planının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Artıq cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kənd modeli dünyanın ən müasir kəndlərindən biridir. Zəngilanda inşa olunan hava limanı isə bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır”.

Yeganə

Previous Post

“Zəngilanın hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək”

Next Post

İsveçrə prezidenti Ukraynaya səfər etdi

Bənzər yazılar

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Next Post
İsveçrə prezidenti Ukraynaya səfər etdi

İsveçrə prezidenti Ukraynaya səfər etdi

İsveçrə prezidenti Ukraynaya səfər etdi

İsveçrə prezidenti Ukraynaya səfər etdi

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

Pezeşkian Azərbaycanla münasibətlərdən danışdı

01 Oktyabr 2026 - 16:34
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

01 Oktyabr 2026 - 16:26
Bakıda 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 16:15
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb

Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb

01 Oktyabr 2026 - 16:07
Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00
Bu universitetdə magistratura planı 71 faiz artıb

Bu universitetdə magistratura planı 71 faiz artıb

01 Oktyabr 2026 - 15:51
Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

01 Oktyabr 2026 - 15:42
Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

01 Oktyabr 2026 - 15:30
KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.