"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Yararsız əsgərə möhtac Milli Ordu

07 Mart 2016 - 13:24
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap
Yararsız əsgərə möhtac Milli Ordu

Vətəninfo.az xəbər verir ki,hüququ pozulub, övladı istismar edilən Azərbaycan qadını ölkə başçısı, Prezident İlham Əliyevdən İMDAD istədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə.

Cənab Prezident! Mən Cəfərova Məlahət Hüseyn qızı Şəmkir rayonunda sivil, sadə və kasıb bir ailənin evdar xanımıyam. Nə özüm, nə də həyat yoldaşım işləmirik. Gözümün ağı-qarası, aman-zaman bir oğlum var, orta məktəbdə vaxtlarını işləyib bizə baxırdı. Sizi narahat edib, sizdən mədət ummağım da bununla bağlıdır. Cənab Prezident, oğlum 1997-ci il təvəllüdlü (C.T.) 2015-ci ilin iyul ayında 18 yaşı tamam elədi, elə səhərisi gün də Hərbi Xidmətə çağırıldı. Sözüm ona o hələ abituriyent idi. Hərbi Komissarlıq bu səhvi aradan qaldırmaq üçün övladımı növbəti çağırışa dəyişdi.2015-ci ilin oktyabr ayı, nə oldusa elə ondan sonra oldu. Ötən ilin oktyabr ayında oğlumu (hərbi xidmətə yararsız olmağına rəğmən, “plastaskopiya”sı, yastı ayaqlılıq aşkarlanıb) Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi hərbi xidmətə göndərdi. Övladım ilk olaraq andiçməyə qədər Lənkərandakı N saylı Hərbi Hissəyə göndərilir. Ordakı 3 nəfərlik komissiya heyəti yoxlanışdan keçirtdikdən sonra oğlumu geri qaytarmaq istəyirlər, lakin sonra bizə bəlli olmayan səbəblərdən fikirlərindən daşınırlar. Beləliklə xidmətə yararsız övladım 3 ay Lənkəranda hərbi xidmət keçdikdən sonra korpuslarına tabe olan hərbi hissələrdən birinə, Ağcabədidəki N saylı hərbi hissəyə göndərilir. Hərbi biletində 3 məhdudiyyət yazılan, ömründə silah görməyən 3 ayın əsgərini, ön önəmlisi ailənin tək oğlu olan balamı ana kimi oradakı rəsmilərə yalvarışlarıma baxmayaraq əvvəlcə kəşfiyyata, sonra isə ön cəbhəyə baş atıcı göndərirlər. Hərbi hissədə xidmət müddətində ayağına geyindiyi hərbi ayaqqabı (botinka) ayağını yara elədiyi üçün hərbi hissənin tibb məntəqəsinə gedən oğlum elə orada da əsgərin birindən “su çiçəyi” deyilən xəstəliyə yoluxur. Bir müddət ağır şəkildə Ağcabədidə tibb məntəqəsində yatan balam oradan Ağdam rayonundakı Qospitala göndərilir. Bir neçə gün orda qaldıqdan, xəstəliyi biraz səngiyən oğlum Müdafiə Nazirliyinin Bakıdakı Baş Klinik Hospitalına göndərilir. 15 günlük Müayinə və Müalicə nəticəsində Komissiya heyəti oğlumun əslində anadan gəlmə yastı ayaqlı “plastaskopiya” olduğu, yəni “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” rəyini verərək tərxis edilməsini labüd sayırlar.

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Cənab Prezident! Yuxarıda da dediyim kimi Sizi narahat etməkdə məqsədim, Sizdən rəhbərlik etdiyiniz ölkədə hüququ pozulub, bəzi “arxası bərk” dövlət qulluqçularının qanunsuz əməlindən əziyyət çəkən bir Azərbayca qadını, bir ana olaraq dəstək istəməyimdir. Övladım Orduya yararsız olduğu halda kiminsə badına gedib aylarca boş-boşuna fəaliyyətdən qaldı, həm işindən oldu, həm təhsilindən. Mənə deyirlər “boşuna özünü yorma, sənə bunları yaşadanların “yuxarıda” adamı var, yoxsa belə qanunsuzluğu rahat törədə bilməzdilər.” Mən sivil vətəndaşam Cənab Prezident, sıradan evdar Azərbaycan qadınıyam, mənim və məni kimi ali təhsili olmadığına görə cahil sayılan insanların yuxarıdakı adamı elə Sizsiniz Cənab Prezident! Oğluma və bizə bu haqsızlığı yaşadıb, övladımı ölümlə burun-buruna qoyan Şəmkir Hərbi Komissarlığı səhvini boynuna almayaraq, günahı Müdafiə Nazirliyinin boynuna atır. (Oğlum Hərbi xidmətdə, xəstəxanalarda olduğu müddətcə çoxlu borca girib onun arxasınca sürünmüşük, dəfələrlə Lənkərana, Ağcabədiyə, Ağdama getmişik Bakıda Müdafiə Nazirliyinin Baş Klink Hospitalında olduğu müddətdə bizdə onunla bərabər Bakıda qalmışıq yetərincə maddi mənəvi zərərə uğramışıq.) Cənab Prezident! Mən, məsələyə aydınlıq gətirilməsi və övladımın aylarca boş yerə çəkdiyi əziyyətin haqqı üçün Şəmkir Rayon Hərbi Komissarlığında oldum və qurumun cavabdeh rəsmisi Palkovnik Leytenant Şaiq Məmmədovun mənə son sözü belə oldu:

“Mən uşağın Hərbi biletinə məhdudiyyətlərini yazdırmışdım. O həkimlə Müdafiə Nazirliyinin günahıdır həkimi işdən çıxardıram. Gedin hara şikayət edirsiniz edin. Başçı mənə deyib ki, onlara heç bir təzminat ödəmə.” Sözüm ona ki, uşağı rayonda çağırış üçün müayinə edən həkim də “aparaturamız köhnədir, yalnışlıq ola bilər, uzatmıyın məsələni, sizə heç bir təzminat ödəmiyəcəyəm, məni də şikayət etsəniz sizə əlimdən gələn pisliyi edəcəm” deməklə bizi mədəni şəkildə hədələyir. Cənab Prezident, Azərbaycan Respublikasında qanunlar beləmi işləyir? Kiminsə xəstə, Hərbi xidmətə göndərib 5-10 ay Xidmət etdikdən sonra “komsovat” edib sonra da günahı kiminsə üstə atıb işdən çıxarıb özlərini sudan quru çıxardırlar. Tutaq ki, həkim səhv edib Hərbi Komissar uşağın Hərbi biletində 3 məhdudiyyət ola-ola onu hərbi xidmətə göndərirsə o Komissar məsuliyyət daşımırmı? Cənab Prezident, Ali Baş Komandan, Sizdən bir Ana kimi, bir Azərbaycan qadını kimi xahiş edirəm tapdalanmış hüququmuzun bərpa edilməsində bizə dəstək olasınız. Çünki Sizin, ölkəmizdəki, ən əsası Hərbi Xidmət kimi həssas məsələdəki bu haqsızlığa göz yummayacağınıza əminəm…

Previous Post

Yararsız əsgərə möhtac Milli Ordu

Next Post

Tiflisdə aksiya: Qazproma “yox”, SOCAR-a “hə” – FOTOLAR

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Tiflisdə aksiya: Qazproma "yox", SOCAR-a "hə" - FOTOLAR

Tiflisdə aksiya: Qazproma "yox", SOCAR-a "hə" - FOTOLAR

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.