KXDR Xarici İşlər Nazirliyi yanında Yapon Araşdırmaları İnstitutunun tədqiqatçısı Kim Sol-hva bildirib ki, Yaponiyanın NATO ilə əməkdaşlığı onun dağılmasına səbəb ola bilər. Elchi.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir.
Koreyalı mütəxəssisin fikrincə, Tokionun hərbi güc qurmaq istəyi regionda sabitliyi pozacaq və ölkənin ikinci ölümünə səbəb ola bilər.
O, eyni zamanda qeyd edib ki, Yaponiyada NATO ilə yaxınlaşmaq istəyi çoxdan müşahidə olunur.
Havar Şəfiyeva