"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“XİN bəyanat verməlidir ki, 10 noyabr bəyannaməsinə əməl olunmasa…” – deputat

27 Yanvar 2022 - 14:50
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Rusiya ilə danışmaq, onu inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın”

Bunu da oxuyun

Rutte NATO-nun zəifliyini etiraf etdi

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Dünya gündəminin aktual mövzularını da əhatə edən, Qarabağla bağlı vətəndaşlarımızın narahatlığına səbəb olan məsələlərlə əlaqədar maraqlı məqamların yer aldığı müsahibəni təqdim edirik:
– Qüdrət bəy, bugünlərdə dünyanın diqqəti Ukrayna ətrafında baş verənlərə yönəlib, “havadan barıt qoxusu gəlir”, yanaşması sərgiləyən, həyəcanlı xəbərdarlıqlar edənlərin sayı artır. Sizin proqnozunuz nədən ibarətdir? Rusiya və Qərb Ukraynada toqquşacaqmı?
– Mən ümid edirəm ki, sağlam düşüncə sonda qalib gələcək və müharibədən yayınmaq mümkün olacaq. Çünki böyük müharibə başlasa, onun nüvə müharibəsinə çevrilməyəcəyinə heç kim təminat verə bilməz. Nüvə müharibəsinin də nə ilə nəticələnəcəyini hər kəs təsəvvür edə bilər. Həm də, sözün doğrusu, iki slavyan xalqı arasında müharibəni təsəvvür etmək də çətindir. Əminəm, ruslar fikirləşirlər ki, bu müharibədən sonra rus saydıqları ukraynalılarla necə barışıq əldə etmək olar? Bu baxımdan sonda 1962-ci ilin oktyabrında, Karib böhranı zamanı SSRİ ilə ABŞ anlaşa bildiyi kimi, indi də ABŞ-la Rusiya hansısa formada anlaşacaq. Ola bilsin beynəlxalq ictimaiyyətə bu haqda geniş məlumat verməyəcəklər, amma pərdə arxasında elan olunmamış razılıqlar əldə olunacaq.
– Yəni Moskva Ukraynaya hərbi müdaxilə etməyəcək? Amma bu qədər hazırlıqlar görülür, qoşunlar, hərbi sursatlar, texnika daşınır…
– Mən Rusiyanın Ukraynanı asanlıqla işğal edəcəyini düşünmürəm. 2014-cü ildən sonra Ukraynada pis-yaxşı ordu qurulub və müasir silahlarla təchiz edilib. İkincisi, Krımın və Şərqi Ukraynanın ilhaqından sonra əhalinin mütləq əksəriyyəti psixoloji cəhətdən sonadək Rusiya ilə döyüşməyə hazırdır. Başqa bir tərəfdən, Ukraynanın ərazi bütövlüyünə Budapeşt memorandumuna görə təminat verən ABŞ və Böyük Britaniya əsgəri yardım etməsə də 2014-cü ildən fərqli olaraq, bu dəfə Ukraynaya hərbi sursat verir, müasir silahlar göndərirlər. Buna görə müharibə Rusiya üçün ağır nəticələr doğura bilər, hətta sonda qalib gəlsə də. Düşünürəm Rusiya təzyiqlər yolu ilə Ukraynada siyasi böhran yaratmaq, NATO-dan təhlükəsizliyinə təminat almaq istəyir.
– Təəccüblüsü budur ki, Rusiya əhalisində bu hərbi müdaxilə hazırlıqlarına hər hansı müqavimət yoxdur. Sizcə, ruslar nədən bu qədər sakitdir, axı müharibə böyük itkilər, tabutlar deməkdir…
– Açığı, təbliğat nəticəsində əhali sanki keçmiş Çar Rusiyasının ərazilərinin bərpasını istəyir. Bu baxımdan hökumət müharibəyə başlasa, əhalinin böyük hissəsi, rus cəmiyyəti onu müdafiə edəcək. Bu, imperiyalar qurmuş böyük xalqlara xas olan xüsusiyyətdir.
– Qüdrət bəy, nəzəri cəhətdən yanaşsaq, Rusiya-Ukrayna müharibəsinin baş verməsi, yaxud “soyuq müharibə”nin davam etməsi Azərbaycana nə vəd edir? Qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza mane olan proseslər cərəyan edə bilərmi? Yoxsa bu gərginliklərdə Rusiyanın və dünyanın başının qarışması bizim üçün faydalıdır, əlavə imkanlar yaradır?
– Burada da hər şey yaranacaq şəraitdən və həmin şəraitdən necə istifadə etməkdən asılı olacaq. Həmin əlverişli şərait yaranarsa, onu görmək, həm də cəsarətli qərarlar qəbul etmək lazımdır. Əlverişli şərait yaranacaqsa, əlbəttə, Azərbaycan hansısa addımlar atmalıdır. Həmçinin Rusiya ilə əməkdaşlıq və danışıqlar daha da gücləndirilməlidir.
– Gücləndirilməli?
– Bəli. Beynəlxalq birliyin Rusiyaya qarşı olmasına baxmayaraq, Bakı Moskva ilə münasibətləri inkişaf etdirməlidir. Ona görə ki, Rusiya böyük qonşumuzdur və bəzi adamların qəbul edib-etməməsindən asılı olmayaraq, Qarabağ məsələsində əsas söz sahibi Rusiyadır. Ona görə də Rusiya ilə danışmaq, onu inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın. Azərbaycan XİN yubanmadan açıq bəyanatla çıxış etməlidir ki, əgər Ermənistan özünün 10 noyabr öhdəliklərini yerinə yetirməsə və Rusiya bu istiqamətdə İrəvana hər hansı formada təzyiq etməsə, o halda 5 ilin tamamında sülhməramlılar Qarabağdan çıxarılacaq, müddət uzadılmayacaq. Biz görürük ki, 1 il 3 ay vaxt keçib, amma Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində bir addım da olsa, atılmayıb. Rusiya bu istiqamətdə heç nə etmir.

““Şuşa ili”dir və Şuşa Bəyannaməsinin ratifikasiyası vacibdir”

Azərbaycan özü bu istiqamətdə təşəbbüsdə olmalıdır. Qarabağdakı erməni icmasının nümayəndələri ilə müxtəlif görüşlər təşkil oluna bilərdi, necə ki, Ermənistan və Azərbaycan ziyalıları arasında belə görüşlərdən biri bu yaxınlarda Moskvada keçirildi. Münaqişədən sonra mətbuata verdiyi ilk açıqlamada Putin bəyan etdi ki, Dağlıq Qarabağın statusunu gələcək rəhbərlər həll edəcək. Biz bunu gələcək nəsillərə saxlamamalı, indi həll etməliyik.
– Azərbaycan Prezidenti isə bəyan edib ki, münaqişə bitib…
– Amma Qarabağa nəzarət edən Putin də “gələcək rəhbərlər” status məsələsini həll edəcək söyləmişdi. Belə çıxır ki, ən azı özündən sonrakı Rusiya prezidentinin dönəmində məsələ həll oluna bilər. Bu, onu deməyə əsas verir ki, Putin hələ 2024-dən sonra da 12 il müddətində hakimiyyətdə qalmağı düşünürsə, deməli, ən azı 2036-cı ilədək bugünkü status-kvonu saxlamaq istəyir. Bu mənada Azərbaycan indidən bəyan etməlidir ki, konkret addımlar atılmayacağı təqdirdə, sülhməramlıların müddəti uzadılmayacaq. Bir var təbii proses gedir, Azərbaycan sülhməramlıların çıxmasının tez olduğu qənaətinə gəlir və müddəti 1-2 il, yaxud daha beş il artırır, amma bir də var ki, bu istiqamətdə heç bir addım atılmır.
– Nəinki addım atılmır, hətta erməni separatçıları himayə olunur, bütün səylər ermənilərin sayının artırılmasına yönəlib…
– Bəli. Əslində onlar darmadağın olmuşdular, qaçıb getmişdilər. Ancaq indi qondarma rejimin strukturları bərpa olunur, onlara köməklik göstərilir. Açığı, sanki oranı özlərinin hərbi bazasına çevirirlər. Erməni əhali də həmin hərbi bazaya qulluq edəcək, xidmət göstərəcək, onlar üçün kənd təsərrüfatı məhsulları yetişdirəcək, bunların hərbi hissələrində işləyəcəklər. Söhbət 25-30 min nəfərdən gedir. Mən hesab edirəm ki, fevral-mart aylarında rəsmi Bakı məsələni qəti şəkildə qoymalıdır ki, bu istiqamətdə konkret addımlar atılmalıdır. Bununla bağlı Ermənistana da xəbərdarlıq edilməlidir, Rusiya da məlumatlandırılmalıdır, beynəlxalq ictimaiyyət də. Qəti addımlar atılmayacağı təqdirdə, səmimi deyirəm, Qarabağda bizim suveren hüquqlarımızın necə bərpa olunacağını təsəvvür edə bilmirəm. Məsələn, mən təsəvvür edirdim ki, saziş imzalanandan sonra yavaş-yavaş orada Azərbaycanın milli valyutası bərpa olunacaq, dövlət strukturlarımız oraya daxil olacaq. Yəni ruslar da o proseslərdə iştirak edəcəklər ki, zorakılıq olmasın, təmaslar olsun və s. Yəni düşünürdüm ki, Rusiya Qarabağın Azərbaycana inteqrasiya olunmasına yardım edəcək… Biz 2004-cü ilin 6 fevralında Rusiya ilə Moskva bəyannaməsi imzalamışıq. Düz iki ay sonra Azərbaycan Prezidenti Milli Məclisdə qəbul olunmuş, həmin sazişi təsdiq edən qanunu imzalayıb. Həmin bəyannamə ilə Rusiya üzərinə öhdəlik götürür ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu problemin həllinə töhfə verməyə çalışacaq. Amma hansı formada bu töhfə verilir, hansı iş görülür?
– Unutmayaq ki, bizim qardaş Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi də var…
– İyun ayının 15-də Şuşa Bəyannaməsinin 1 ili tamam olacaq, amma hələ ratifikasiya olunmayıb. Milli Məclisdə ratifikasiyadan sonra Prezident bu barədə qanunu imzamalıdır. Moskva bəyannaməsi kimi, Şuşa Bəyannaməsi də tezliklə ratifikasiya olunmalıdır. Bu il “Şuşa ili”dir və Şuşa Bəyannaməsinin təsdiqlənməsi də vacibdir. Həm də bu, konstitusiyanın tələbidir. Hər halda, bu sənədin ratifikasiya olunmasının özü də Şuşa Bəyannaməsinin hüquqi qüvvəyə minməsi demək olacaq. Konstitusiyaya görə, dövlətlərarası müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır, ondan sonra hüquqi qüvvəyə minir. Bu barədə qanunvericiliyin də təkmilləşdirilməsinə ciddi ehtiyac var. O cümlədən xarici əsgərlərin Azərbaycana çağırılması proseduru, qanunların hansı müddətə ratifikasiya olunması məsələsi, konstitusiya ilə ratifikasiya olunmalı dövlətlərarası müqavilələrin qüvvəyə minməsi qaydası qanunvericiliklə tənzimlənməlidir.
– Gələn həftə başlayacaq, yaz sessiyasında bu məsələ gündəliyə salına bilərmi?
– Hər halda, ümid edirəm. Mən çalışacağam ki, təklif də verim məsələ yaz sessiyasının gündəliyinə salınsın. Gündəliyə salınmırsa, ən azı aydınlıq gətirilsin. Türkiyə tərəfimi imtina edir, ya başqa səbəb var.
– Ola bilərmi ki, Rusiya tərəfdən hansısa maneçilik, təzyiq var?
– Bilmirəm, istənilən halda, aydınlıq gətirilməlidir. Türkiyənin də ratifikasiya etməsini eşitməmişəm. Mətbuatda oxumadım ki, Türkiyə Şuşa Bəyənnaməsini ratifikasiya edib.
– Türkiyə Azərbaycan məsələsində çox açıq və birmənalı siyasət sərgiləyir, müdafiə naziri Hulusi Akar bu günlərdə növbəti dəfə Azərbaycanın yanında olduqlarını açıqladı. Həmçinin Ankara Qətərlə hərbi əməkdaşlığını yüksək səviyyədə davam etdirir. Bəs buna nə deyirsiniz?
– Hər halda, Türkiyə Şuşa Bəyannaməsini təsdiq etməyib. Hesab edirəm ki, Azərbaycan hökuməti ictimaiyyətə açıqlama verməlidir, aydınlıq gətirməlidir ki, Qarabağın Rusiya hərbçilərinin təsir zonasında olan torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpasını hansı formada görür? Biz görürük ki, atəşkəsdən bir il üç ay keçir amma Qarabağdakı ermənilər səngər qazır, müdafiə istehkamları qururlar. Ona görə də ictimaiyyətə deyilməlidir ki, bu proses təqribən nə vaxt, necə başlayacaq, hökumət bu məsələlərin həllini necə təsəvvür edir? Ümumilikdə hökumətin bütün bunlarla bağlı ictimaiyyətə bir açıqlaması olmalıdır…

Previous Post

“XİN bəyanat verməlidir ki, 10 noyabr bəyannaməsinə əməl olunmasa…” – deputat

Next Post

Fevralın 1-dən magistraturaya sənəd qəbulu başlayır

Bənzər yazılar

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00

"NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac...

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14

NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

Next Post
Magistraturaya müsabiqə şərtləri məlum olub

Fevralın 1-dən magistraturaya sənəd qəbulu başlayır

Magistraturaya müsabiqə şərtləri məlum olub

Fevralın 1-dən magistraturaya sənəd qəbulu başlayır

Son xəbərlər

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30
Formula 2-nin birinci əsas yarışı başladı

Formula 2-nin birinci əsas yarışı başladı

25 Sentyabr 2026 - 14:14
Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51
Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr 2026 - 13:42
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

25 Sentyabr 2026 - 13:00
İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52
Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

25 Sentyabr 2026 - 12:47
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 - 12:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.