“İran molla rejimi əleyhinə qadınlara “saç və geyim azadlığı” inqilabı 2-ci ayına keçdi”.
Elchi.az-ın məlumatına görə bu barədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli FB hesabında bildirib:
“Görünən odur ki:
-paytaxtdakı aksiyaları tələbələrin yaratdığı Tehran Məhəllələrinin Gəncləri qrupu adlanan qurum idarə edir.
-Hökumət hərəkatı lokallaşdıra bilmir. İnqilab Saqqız şəhərindən bütün ölkəyə yayılıb.
-Rejim çıxılmaz durumdadır: hicab qaydalarını yumşaltmağa çağırışlar var. Ancaq bu, rejimin qırmızı cizgisidir. İslam inqilabının rəhbərlərindən biri, vilayəti fəqihin əsas dayağı Xameneyi qaldıqca qadınlara geyim azadlığı ilə bağlı güzəştlərin verilməsi inandırıcı görünmür.
- Rejim daxilində rəhbərin (Xameneyinin) səlahiyyətlərini azaltmaq və prezidentin (Rəisi) səlahiyyətlərini artırmaq təşəbbüsləri var”.
Yeganə