İsrail əsilli Türkiyə vətəndaşı, məşhur müğənni Linet Mor Menaşe ölən israillilərin fotolarını yayımlayıb və “Həmas qatildir” sözlərini sitat gətirib. Linet xəstəxanaya hücum və yüzlərlə fələstinlinin qətliamla bağlı İsrailin hərəkətsizliyi ilə bağlı tənqidlərə səbəb olub.
Elchi.az xəbər verir ki, İsrail əsilli Türkiyə vətəndaşı müğənni Linet sosial media hesabında “Həmas qatildir” paylaşımı edib.
Məşhur müğənninin İsrailin xəstəxanaya hücumundan bəhs etməməsi reaksiyaya səbəb olub. Məşhur prodüser Erol Köse “Bu toplara girmə” deyərək Linetə xəbərdarlıq edib. Məşhur müğənninin fotolarına şərhləri bağlaması diqqətdən qaçmayıb.
Nuranə Məmmədova