Volodinin səfərini gözləyirik – İran

37

Tehran yanvarın 23-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin səfərini gözləyir.

Elchi.az xəbər verir ki, bunu İran parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Sadekiyan deyib.

“Səfər zamanı iki ölkə arasında nəqliyyat, enerji və investisiya sahəsində razılaşmalar müzakirə olunacaq. Həmçinin İran və Rusiya arasında Parlament Əməkdaşlıq üzrə Ali Komissiyanın iclası keçiriləcək”, – Sadekiyan bildirib.