Amerikalı sahibkar İlon Mask atası Errol Maskın Ukraynadakı evinin təhlükəsizliyini gücləndirib və qaçırılma qorxusuna görə 100-ə yaxın cangüdəni işə götürüb.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə İlon Maskın atası “The Sun” qəzetinə açıqlama verib:
Errol Mask qeyd edib:
“İlon ona qarşı son təhdidlərdən sonra mənim də müdafiəyə ehtiyacım olduğuna qərar verdi… Əgər bizdən birini qaçırsalar, bu, hər kəsin həyatında qazandığı ən sürətli 20 milyon dollar olacaq.
Özümə görə qorxmuram, amma həqiqətən qorxduğum odur ki, İlona nəsə ola bilər, baxmayaraq ki, o, 100-ə yaxın cangüdənin əhatəsindədir”.
Errol Mask vurğulayıb ki, keçən ay İlon Maskın ailəsinin rifahı ilə bağlı narahatlığı səbəbindən Cənubi Afrika Respublikasındakı evində yüksək texnologiyalı videomüşahidə sistemi və elektrikləşdirilmiş hasarlar quraşdırılıb və ətrafa nəzarət etmək üçün silahlı mühafizəçilər işə götürülüb. Evdə quraşdırılan təhlükəsizlik sisteminin ümumi dəyəri 14,6 min dollar olub.
Yeganə