“Ukraynada vəziyyət hakim elita üçün növbəti şou oldu, NATO ölkələrinin dəstəyi olmasa, onlar hərəsi bir tərəfə dağılar”.
TASS xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna xarici işlər naziri Dmitri Kulebanın bəyanatını şərh edərkən deyib.
Kuleba ARD telekanalının efirində bildirmişdi ki, hətta Qərbdən Kiyevə təchizat dayanacağı təqdirdə belə, ölkəsi Rusiyaya müqaviməti davam etdirəcək və “bellə döyüşəcək”.
“NATO silah təchizatını və muzdluları göndərməyi dayandıran kimi, bir sutka ərzində hərəniz bir tərəfə dağılacaqsınız. Ukraynanın hakim elitası pullarını xarici banklarda saxlayır, ailələri isə Ukraynadan kənardadır. Sizin üçün Ukraynada bugünkü vəziyyət növbəti teleşoudur. Əgər həyatınızda ilk dəfə əlinizə bel almalı olsanız, o da yalnız poza vermək məqsədli olacaq”, – deyə Volodin vurğulayıb.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər