"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vidadi Zeynalov 43 milyonluq əmlak siyahısından narazıdır: “Əksər insanların nəsli-əcabətində daha çox var”

05 Fevral 2017 - 18:09
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

Vidadi Zeynalov 43 milyonluq əmlak siyahısından narazıdır: “Əksər insanların nəsli-əcabətində daha çox var”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili müvəkkilinin 43 milyonluq əmlakı ilə bağlı yayılan məlumatlara münsaibət bildirib. 
Bu barədə musavat.com-a müraciət edən vəkil Ceyhun Yusifov bildirib ki, Vidadi Zeynalova məxsus olduğu deyilən və üzərinə həbs qoyulan əmlakların bir hissəsi sabiq aparat rəhbərinə məxsus deyil. Həmin əmlakların bir hissəsi isə Vidadi Zeynalov nazirlikdə aparat rəhbəri işləmədiyi dövrdə alınıb.
Əvvəlcə onu qeyd edək ki, Vidadi Zeynalov həbs edildikdən sonra istintaq dövründə ona məxsus olduğu bildirilən ümumi dəyəri 43 milyon manatdan çox olan 67 daşınmaz əmlaka məhkəmə qərarı ilə həbs qoyulub. Həmin əmlaklar sırasında villalar, torpaq sahələri, evlər yer alır. Əmlaklar Vidadi Zeynalovun, övladlarının, bacısının və digər yaxın qohumlarının adınadır.
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bu məsələyə münasibət bildirərkən deyir ki, üzərinə həbs qoyulan əmlakların bir hissəsi müdafiə etdiyi şəxsə məxsus deyil: “Bəlkə də əksər insanların nəsli-əcabətində bu qədər və ya daha çox əmlak var. Biz bundan narazıyıq ki, Vidadi Zeynalovun bütün qohumlarının adına olan əmlaklara həbs qoyulub. Hansı ki, həmin əmlakların Vidadi Zeynalovla heç bir əlaqəsi yoxdur. Bu da həmin şəxslərin hüquq və mənafelərinin pozulmasıdır. Məqsədli şəkildə bu qədər əmlaka həbs qoyulmasını düzgün hesab etmirik”.
Vəkil C.Yusifovun sözlərinə görə, üzərinə həbs qoyulan bəzi əmlaklar pay torpaq sahələridir. Onun dediyinə görə, siyahıda göstərilən əmlaklar arasında Vidadi Zeynalova və onun qohumlarına aid olmayan mənzil də var: “Üzərinə həbs qoyulan əmlaklardan biri Hövsanda olan 2 sot torpaq sahəsidir. Hansı ki, həmin torpaq sahəsi Vidadi Zeynalovun Qarabağ döyüşlərinin iştiraksıçı olmuş qardaşına 1995-ci ildə icra hakimiyyəti tərəfindən verilib. Yasamal rayonunda, Qurtqaşınlı küçəsində yerləşən binada olan mənzilə də həbs qoyulub. Həmin mənzil Vidadi Zeynalovun qaynınıdır və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır.
Həmçinin Yevlaxın Kövər kəndindəki 0,33 hektar torpaq sahəsinə də həbs qoyulub. Həmin əmlak pay torpağıdır və Vidadi Zeynalovun anasının adınadır. 67 əmlakın yer aldığı siyahıda Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kvadratmetr olan mənzilə də həbs qoyulub. Həmin mənzilin Cəfərova Kəmalə Zeynal qızının adına olduğu göstərilir. Amma dəyəri 60 min manat göstərilən bu mənzilin kimə məxsus olduğu bizə məlum deyil. Yəni belə bir mənzilin olması Vidadi Zeynalova nə də onun yaxınlarına məlum deyil”.
Vəkil Vidadi Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləmədən öncə də olan əmlaklarına həbs qoyulmasından da narazı olduqlarını qeyd edib: “Vidadi Zeynalovun dədə-baba evi 1947-ci ildə Kövər kəndində tikilib. Həmin evə də həbs qoyulub. Həmçinin taxıl əkilməsi üçün uzun müddətli icarəyə götürülən torpaq sahələrinin də üzərinə həbs qoyulub. Amma həmin torpaq sahələri əkin üçün faydalı idi və əkilirdi də. Bu işlə də vidadi Zeynalovun bacısı oğlu məşğul olurdu. Burada qəbahət nə var idi? Torpaq sahələri əkib-becərlirdi”.
Qeyd edək ki, Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edilib.
O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilir.
Previous Post

Vidadi Zeynalov 43 milyonluq əmlak siyahısından narazıdır: “Əksər insanların nəsli-əcabətində daha çox var”

Next Post

Feysbuk işçiləri nə qədər maaş alır? – Siyahı

Bənzər yazılar

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Next Post

Feysbuk işçiləri nə qədər maaş alır? - Siyahı

Feysbuk işçiləri nə qədər maaş alır? - Siyahı

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.