"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Umayra Tağıyeva: “Apreldən başlayaraq Azərbaycanda 8 dolu hadisəsi müşahidə olunub”

26 May 2020 - 15:04
in CƏMİYYƏT
FacebookVatsap

“Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq”. 

Bunu da oxuyun

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Elçhi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərininə görə, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar: “Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında isə, xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur. Dəyişkənlik, fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır. Bu ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir”.

U.Tağıyeva bildirib ki, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: “Böyük həcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin, insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir. Yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər. Bax elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin, həmin kütlədaxili proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman, yaz-yay dövrü üçün səciyyəvi olan iri həcmdə, sürətlə yaranan və yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq, bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur”.Umayra Tağıyeva

Xidmət rəisi vurğulayıb ki, bu il aprel ayından başlayaraq Azərbaycan ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub: “Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000 – 2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb. Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır. Sinoptiklərin işi isə bütün bu hadisələrin gözlənilməz olmamasından ibarətdir”.

Previous Post

Umayra Tağıyeva: “Apreldən başlayaraq Azərbaycanda 8 dolu hadisəsi müşahidə olunub”

Next Post

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Bənzər yazılar

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02

İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş...

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və...

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı...

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də...

Next Post
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.