Elchi.az xəbər verir ki, “Ukrenerqo” enerji korporasiyasının idarə heyətinin rəhbəri Volodimir Kudritski ölkədə demək olar ki, bütün istilik və su elektrik stansiyalarının zədələndiyini bildirib.
“Praktiki olaraq bütün generasiya qurğuları raket zərbələrindən zərər çəkib”, – şirkətin rəhbəri brifinq zamanı bildirib.
Bununla yanaşı, Kudrytski əlavə edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin infrastruktura hücumlarından sonra “Ukrenerqo” yarımstansiyasının qovşaqları demək olar ki, tamamilə zədələnib.
Bundan əvvəl jurnalist Ruslan Ostaşko Zaporojyeyə silsilə hücumlardan danışıb. Teleaparıcının sözlərinə görə, raket “Motor Sich” zavoduna düşüb.
Şayəstə