ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İraqdan çıxarkən geridə heç nə qoymayıblar və oranı “şərəf və ləyaqətlə” tərk ediblər.
Elchi.az xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında Yaxın Şərqdəki hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
İraqdakı mövcudluğun əvvəldən səhv olduğunu bir daha vurğulayan Tramp, ölkədən ayrılmalarını Əfqanıstandan çıxışla müqayisə edərək deyib: “Hər şeyi özümüzlə götürdük. Hər bir qaykanı, hər bir avadanlıq hissəsini, hər bir vinti, hər bir tankı, hər bir təyyarəni”.
Tramp qeyd edib: “Bunu sizə deməkdən çox qürur duyuram: biz şərəf və ləyaqətlə ayrıldıq. Əslində, İraqın Baş naziri sizin Prezidentinizə və bizə böyük hörmət bəsləyir və hər şeyə görə minnətdardır”.
Lazım gələrsə, yardım göstərmək üçün İraqa qayıda biləcəklərini bildirən Tramp, 23 ildən sonra İraqdan çıxışlarını “böyük bir hadisə” kimi xarakterizə edib.
ABŞ-ın İraqda “4500 nəfər itirdiyini” vurğulayan Tramp, əldə edilən nəticənin bu bədələ dəymədiyini ifadə edib.
ABŞ Prezidenti qeyd edib ki, İraqda mövcudluqlarının yeganə səbəbi İŞİD terror təşkilatını “kökündən məhv etmək” olub və o, ilk prezidentlik dövründə buna nail olduğunu bildirib.
İraqdakı vəziyyəti dəyərləndirib
Eyni zamanda, Tramp izah edib ki, İŞİD-dən əvvəlki dövrdə İraqda çox sayda əsgər və polis əməkdaşı işdən çıxarılıb və bu da ölkədə təhlükəsizlik boşluğu yaradıb. Tramp deyib: “Oradan (İraqdan) ayrılmaqla bağlı dediklərim tamamilə doğru idi. Bilirsiniz nə baş verdi? Hamını işdən çıxardılar. İraqda hər kəsi vəzifəsindən kənarlaşdırdılar. Əsgərləri, generalları və polisləri işdən çıxardılar. Daxili İşlər Nazirliyində və oxşar qurumlarda çalışanların hamısını işdən azad etdilər”.
Şayəstə





















