Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Bozayran kəndində yaşayan 89 yaşlı Bədirova Gültamam Zərbi qızı yaşadığı evin vəziyyəti ilə bağlı saytımıza müraciət etmişdi. Müraciətdə evin zəlzələlərdən sonra qəzalı vəziyyətə düşdüyü və ailənin təhlükəsizliklə bağlı çətinlik yaşadığı bildirilirdi. (Buradan oxuya bilərsiniz: https://elchi.az/q%c9%99hr%c9%99manlar-boyud%c9%99n-ev-ucmaq-t%c9%99hluk%c9%99sind%c9%99dir-89-yasli-ana-prezident%c9%99-muraci%c9%99t-etdi/)
Məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətindən (RİH) Elchi.az-a rəsmi açıqlama verilib. Bildirilib ki, Bədirova Gültamam Zərbi qızına məxsus fərdi yaşayış evi 1960-cı ildə inşa edilib:
“Eyni zamanda evin divarları but daşı və çiy kərpicdəndir. Bundan başqa, evin tikintisində dəmir-beton konstruksiyadan istifadə edilməyib. Evdə əsaslı təmir işləri aparılmayıb. Ev tikinti normalarına uyğun inşa edilmədiyi üçün yükdaşıyan və arakəsmə divarlarda şaquli və maili çatlar əmələ gəlib. Belə evlərin təmiri üçün RİH-də vəsait nəzərdə tutulmayıb”.





















