Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.
14 iqtisadi zonada təlimlərə başlanılıb: Məqsəd vətəndaşlara ünvanlı dəstəyi gücləndirməkdir
2026-cı il 23-26 noyabr tarixlərində ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14...





















Son şərhlər