Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 240 uşaq həlak olub.
Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, davam edən müharibədə indiyədək 436 uşaq yaralanıb.
Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Luqansk, Zaporojiye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.
“Rusiya qüvvələrinin hava və artileriya zərbələri nəticəsində 1883 təhsil müəssisəsi zərər görüb, onlardan 178-i tamamilə dağıdılıb”, məlumatda qeyd olunub.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...