Ukraynada elektrik enerjisinin verilişində fasilələr arta bilər

35

Ukraynada qəzalı obyektlərdə təmir işləri davam edir.
Elchi.az xəbər verir ki, Ukraynanın atəşə tutulması nəticəsində zədələnmiş bütün enerji obyektlərində təmir işləri davam edir, lakin elektrik enerjisinin verilişində fasilələr arta bilər, – Ali Radanın Energetika, Mənzil və Kommunal Təsərrüfat Komitəsinin rəhbəri Andriy Gerus bildirib.
“Enerji obyektlərinə dünənki kütləvi raket hücumları ilə əlaqədar olaraq, elektrik enerjisinin kəsilmə vaxtı arta bilər”, – deyə deputat Ukrayna telekanalının efirində bildirib.
Gerus qeyd edib ki, elektrik enerjisi istehsal edən qurğular zədələnib, yarımstansiyalar sıradan çıxıb, buna görə də bu, enerji sistemi üçün əlavə çətinliklər yaradır.
O vurğulayıb ki, dünənki ziyanın bərpası üçün müəyyən vaxt lazımdır.

Şayəstə