Ukraynada qəzalı obyektlərdə təmir işləri davam edir.
Elchi.az xəbər verir ki, Ukraynanın atəşə tutulması nəticəsində zədələnmiş bütün enerji obyektlərində təmir işləri davam edir, lakin elektrik enerjisinin verilişində fasilələr arta bilər, – Ali Radanın Energetika, Mənzil və Kommunal Təsərrüfat Komitəsinin rəhbəri Andriy Gerus bildirib.
“Enerji obyektlərinə dünənki kütləvi raket hücumları ilə əlaqədar olaraq, elektrik enerjisinin kəsilmə vaxtı arta bilər”, – deyə deputat Ukrayna telekanalının efirində bildirib.
Gerus qeyd edib ki, elektrik enerjisi istehsal edən qurğular zədələnib, yarımstansiyalar sıradan çıxıb, buna görə də bu, enerji sistemi üçün əlavə çətinliklər yaradır.
O vurğulayıb ki, dünənki ziyanın bərpası üçün müəyyən vaxt lazımdır.
Şayəstə