Zelenski İspaniyanın baş naziri Sançeslə söhbətində bu məsələni dəfələrlə qaldırıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və Hollandiyanın baş naziri Mark Rutte İspaniyanın baş naziri Pedro Sançesə Kiyevə Patriot raketdən müdafiə sistemləri verməsi üçün təzyiq edirlər. Cümə axşamı, iyunun 8-də bu barədə El Pais qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, Zelenski bu məsələni Sançeslə söhbətində, xüsusən də Moldovada Avropa Siyasi Birliyinin sammitində, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən məsləhətləşmələrdə dəfələrlə qaldırıb.
Şayəstə Hüseynova