Ukrayna avropalı tərəfdaşları ilə birgə hazırladığı 20 bəndlik sülh planının yeni variantını ABŞ-a təqdim edib.
Elchi.az xəbər verir ki, bu barədə “ABC News” Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, variantda ərazilər və Zaporojjya Atom Elektrik Stansiyasına nəzarətlə bağlı “bəzi yeni ideyalar” var.
Noyabrda Vaşinqtonun 28 bəndlik planını təklif etməsindən sonra Ukrayna üzrə danışıqlar intensivləşib. Kiyev və onun Avropadakı tərəfdaşları bu sənəddən narazı olduqlarını bildiriblər və ona əhəmiyyətli düzəlişlər etməyə cəhd ediblər. Daha sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ilkin plan Moskva və Kiyevin mövqelərini nəzərə almaq üçün yenidən işlənib, yalnız bir neçə mübahisəli məsələ qalıb. Amerika nümayəndələri Floridada Ukrayna, Moskvada isə Rusiya tərəfi ilə danışıqlar aparıblar.
Dekabrın 8-də Vladimir Zelenski Avropa liderləri ilə görüşü zamanı hazırlanmış sülh planının 20 bəndlik variantını ABŞ-a təhvil verəcəyini vəd edib. Dekabrın 10-da onlar Trampa münaqişənin həlli planı çərçivəsində Ukraynaya ərazi güzəştləri təklifi təqdim ediblər.
Məryəm





















