Türkiyə Rusiyaya dollardan imtina təklif edir

🗓 20.07.2014 19:12 ✍️ "Elçi" qəzeti
Türkiyə tərəfi Rusiyaya xarici ticarətdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif edib.img1606669 musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Məlumatda təklifin nazir Aleksey Ulyukayevlə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında Avstraliyada “20-lərin biznesi” çərçivəsində keçirilən görüş zamanı səsləndirildiyi deyilir.
2013-cü ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 32.7 milyard dollar təşkil edib. Rusiya Türkiyənin xarici ticarət tərəfdaşları sırasında Avropa Birliyi ölkələrindən sonra ikinci yerdə durur, Türkiyə isə Rusiyanın 8-ci xarici ticarət tərəfdaşıdır.
Müşahidəçilərə görə, Rusiya xarici ticarət hesablaşmalarında milli valyutalar keçmək məsələsini Ukraynaya görə Qərblə münasibətlərin soyumasından sonra ABŞ dollarından asılılığı azaltmaq niyyəti ilə ortaya atıb.

Bənzər yazılar