ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın enerji və neft hüquqlarını qanunsuz olaraq ələ keçirdiyini iddia edərək, “Biz onları geri istəyirik” dedi.
Elchi.az xəbər verir ki, Joint Base Andrews Hava Limanında jurnalistlərə danışan Prezident Tramp, ABŞ-ın Venesuelaya artan təzyiqi ilə bağlı şərh verdi.
Venesuelanın “etməməli olduqları şeyləri etməsinə” icazə verməyəcəkləri barədə xəbərdarlıq edən Tramp, “Bütün enerji hüquqlarımızı aldılar. Qısa müddət əvvəl bütün neftimizi qanunsuz olaraq aldılar” dedi.
Venesuelanın neft sektorunda fəaliyyət göstərən Amerika şirkətlərinin “qovulduğunu” bildirən Tramp, “Neft hüquqlarımızı, sahib olduğumuz hər şeyi aldılar, artıq bunu edə bilməyəcəklər. Biz onları geri istəyirik” dedi.
Yerli vaxtla saat 21:00-da (Azərbaycan vaxtı ilə səhər 6:00) Ağ Evdən canlı olaraq Birlik Vəziyyəti ilə bağlı müraciət edəcək Trampın Venesuelaya qarşı blokada siyasəti ilə bağlı mühüm açıqlamalar verməsi gözlənilir. ABŞ Prezidenti Tramp əvvəlki gün sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrini verdiyini açıqladı.
Şayəstə





















