İsrail dövlətinin Nyu-Yorkdakı baş konsulu Ofir Akunisin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlarına görə Nobel Sülh Mükafatına layiq görülməlidirlər.
Elchi.az xəbər verir ki, diplomat “Fox News” kanalında Yaxın Şərqdəki vəziyyət barədə danışıb.
Akunis bildirib ki, “Düşünürəm ki, Tramp və Netanyahu Nobel Sülh Mükafatına layiqdirlər”.
Onun fikrincə, hazırkı ABŞ prezidenti və İsrailin baş naziri sülh mükafatına layiqdirlər, necə ki, mükafat 1979-cu ildə o vaxtkı Misir lideri Ənvər Sadat və İsrailin baş naziri Menahem Beqinə verilib. Onlar qarşılıqlı tanınma və Sinay yarımadasının Misirə qaytarılmasını təmin edən sülh müqavilələri də daxil olmaqla, sülh müqavilələrini imzaladıqlarına görə Nobel mükafatına layiq görülüblər.
Məryəm





















