Amerikanın keçmiş lideri Donald Tramp prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bildirib.
Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.
Eyni zamanda ABŞ-ın keçmiş rəhbəri vurğulayıb ki, əgər o, ölkə prezidenti olsaydı, Ukraynada münaqişə heç vaxt baş verməzdi.
Qeyd edək ki, daha əvvəl Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin ölkələrini sevdiklərini və onların uğur qazanmalarını istədiklərini bildirib.
Amerika administrasiyasının keçmiş rəhbəri ictimai çıxışlarında dəfələrlə bəyan edib ki, 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsə, 24 saat ərzində Ukraynada vəziyyətin nizamlanmasını təmin edə bilər.
Nuranə Məmmədova