ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hücumun vaxtını nəzərdən keçirdiyi bir vaxtda, Pentaqonun ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) zərbə variantları ilə bağlı hazırlıqları yekunlaşdırmaq barədə göstəriş verdiyi bildirilir.
Elchi.az xəbər verir ki, məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hücumların vaxtını qiymətləndirir və hərbçilərə hazır vəziyyətdə olmaq əmri verilib.
Məsələdən xəbərdar mənbələrə istinad edən Axios-un xəbərinə əsasən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı hücumların həyata keçirilməsi ilə bağlı hazırlıqları tamamlamaq barədə təlimat verib.
Direktivdə potensial zərbələr üçün konkret vaxt çərçivəsi göstərilməsə də, Trampın hələ də hücumun vaxtı ilə bağlı qərar verməyə çalışdığı bildirilir.
Eyni zamanda, ABŞ və İsrail mənbələri belə hücumların ABŞ-da 3 noyabrda keçiriləcək aralıq seçkilərdən və İsraildə 27 oktyabr üçün nəzərdə tutulan seçkilərdən əvvəl baş verə biləcəyini qeyd ediblər.
Mənbələr ehtimal edirlər ki, İrana qarşı hücumlar həyata keçiriləcəyi təqdirdə, ölkənin enerji infrastrukturu və nüvə obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirilə bilər.
Şayəstə





















