Tramp Netanyahuya: İranla danışıqlar aparmalısınız

🗓 10.06.2025 10:19 ✍️ "Elçi" qəzeti
Tramp Netanyahuya: İranla danışıqlar aparmalısınız

ABŞ prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin baş naziri Benyamin Netanyahudan danışıqlar variantına üstünlük verməsini istəyib.
Elchi.az xəbər verir ki, Tramp İsrailin baş naziri Netanyahu ilə telefon danışığı barədə mətbuat mənsublarına məlumat verib.
Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp, İranla bağlı danışıqları da təklif etdiyini söyləyərək, "(Netanyahuya dedim) İranla danışıqlar aparmalısan. Bu şəkildə daha yaxşı ola bilərsən. Bu, sənə verə biləcəyim günün ideyası ola bilər. Hadi, qalx və müzakirə et" deyib.
Dağıntı və ölümü ehtiva etməyəcək bir razılaşma əldə etməyə çalışdıqlarını qeyd edən Tramp, "Mən də onlara bunu dedim. Ümid edirəm ki, bu yol işləyə bilər, işləməyə bilər, tezliklə görəcəyik" dedi.
ABŞ-ın İranla cümə axşamı görüşəcəyi ilə bağlı məlumatı paylaşan Tramp, "O vaxta qədər gözləyəcəyik. Vaz keçmək istəmirlər. Vazgeçmələri lazım olan uranın zənginləşdirilməsidir. Biz bunun tam əksini istəyirik" deyib. Tramp İranın hələ ABŞ-ın danışıqlarda olmasını istədiyi yerdə olmadığını deyib və əlavə edib: "Mən bunu söyləməyə nifrət edirəm, çünki alternativ çox, çox pisdir və onlar orada deyillər. Onlar bizə razılaşma ilə bağlı fikirlərini bildiriblər. Mən də dedim ki, bu, qəbuledilməzdir".

Şayəstə Hüseynova

Bənzər yazılar