ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranla razılıq əldə olunmasa, hərbi əməliyyatlar bərpa olunacaq və əvvəlkindən daha intensiv xarakter alacaq.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib.
“İran İslam Respublikası ilə danışıqlar yaxşı gedir! Bu, ya hamı üçün möhtəşəm bir razılaşma olacaq, ya da ümumiyyətlə heç bir razılaşma olmayacaq — bu isə hərbi əməliyyatlara və atışmalara qayıdış deməkdir, həm də əvvəllər heç vaxt olmadığı qədər daha irimiqyaslı və intensiv şəkildə. Bunu isə heç kim istəmir!” — deyəo yazıb.
Məryəm





















