ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranın ABŞ-a gətirilməli və ya İranla əməkdaşlıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında məhv edilməli olduğunu bildirdi.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranın ABŞ-a gətirilməli və ya İranla əməkdaşlıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında məhv edilməli olduğunu bildirdi.
Sosial media paylaşımında Tramp dedi: “Zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal ABŞ-a çatdırılacaq və burada məhv ediləcək, ya da tercihen yerində və ya İranla əməkdaşlıq və koordinasiya çərçivəsində Atom Enerjisi Komissiyası və ya ekvivalent qurum tərəfindən təsdiqlənmiş başqa bir məqbul yerdə məhv ediləcək.”
Hazırda atəşkəs prosesində olan ABŞ/İsrail-İran müharibəsinə son qoymaq üçün tərəflər arasında danışıqlar davam edərkən, İranın əlində olan təxminən 400 kiloqram zənginləşdirilmiş uranın statusu əsas müzakirə mövzularından biridir.
Şayəstə





















