İsrail Baş naziri Benyamin Netanyahu orduya Livana hücumları artırmağı əmr edib.
Elchi.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu sosial media hesabında yayımlanan videoda Livana qarşı həyata keçirdikləri hücumlar və Hizbullahın dron hücumları barədə danışıb.
Netanyahu Hizbullahla müharibədə olduqlarını bildirərək deyib: “Biz Livanda qaz pedalından ayağımızı çəkmirik. Düzdür, onlar bizi dronlarla hədəf alırlar. Bu iş üzərində işləyən xüsusi komandamız var və biz bunu həll edəcəyik. Bu, bizdən zərbələri və onların intensivliyini artırmağımızı tələb edir”.
Şayəstə




















