ABŞ Prezidenti Donald Tramp İranın “maliyyə cəhətdən çökdüyünü” və Hörmüz boğazının bağlı qalmasını istəmədiyini iddia etdi, çünki onlar gündə 500 milyon dollar itirirlər.
Elchi.az xəbər verir ki, sosial media paylaşımında Tramp “İran maliyyə cəhətdən çökür və Hörmüz boğazının dərhal açılmasını istəyir” deyə iddia etdi.
O, İranın “nağd pul çatışmazlığı yaşadığını” və Hörmüz boğazının bağlanması səbəbindən gündə 500 milyon dollar itirdiyini iddia edərək əlavə etdi ki, “İrandakı əsgərlər və polislər maaşlarını almamaqdan şikayətlənirlər”.
Başqa bir paylaşımda Tramp İranın ABŞ-ın blokadası səbəbindən “üzü qorumaq” üçün Hörmüz boğazının bağlanmasını istədiyini iddia etdi.
Tramp həmçinin bildirib ki, əgər onlar Hörmüz boğazını açsalar, “İranla heç bir razılaşma əldə edilə bilməz”.
Şayəstə





















