Meksika Prezidenti Klaudiya Şeynbaum, 2026-cı il FİFA Dünya Kuboku üçün ölkəyə gələn qonaqlar üçün bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü və matçlar üçün xüsusi protokollar üzərində FİFA ilə işlədiklərini bildirdi.
Elchi.az xəbər verir ki, milli Sarayda gündəlik mətbuat konfransında danışan Şeynbaum, 2026-cı il Dünya Kuboku üçün bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü söylədi.
Şeynbaum, artıq FİFA ilə işlədiklərini xatırladaraq, “Bütün zəmanətlər mövcuddur. Dünya Kuboku üçün təhlükəsizlik qrupu və təhlükəsizlik protokolu var. Dünən FİFA rəsmiləri ilə birlikdə idim” dedi.
Şeynbaum, Dünya Kuboku matçlarına ev sahibliyi edəcək ştatların qubernatorları ilə əlaqələndirdiklərini bildirərək, “Meksikada olmaq təhlükəsizdir; əslində, təkcə yanvar və fevral aylarında ölkəmizə 16 milyon insan səfər edib, söhbət 16 milyon xarici qonaqdan gedir” dedi. Dünən Meksika şəhərindəki Teotihuacan Piramidalarında baş verən və kanadalı turistin ölümü ilə nəticələnən atışmaya toxunan Şeynbaum bildirib ki, “Dünənki hadisə, xüsusən də arxeoloji ərazilərdə təhlükəsizliyin gücləndirilməsinin vacibliyini ortaya qoyub”. 2026-cı il FIFA Dünya Kubokunun açılış oyunu 11 iyun 2026-cı ildə Mexiko şəhərindəki Azteca Stadionunda oynanılacaq. Ev sahibi Meksika bu matçda Cənubi Afrika ilə qarşılaşacaq.
Şayəstə





















