İran qüvvələrinin Oman Körfəzində bir konteyner gəmisinə “xəbərdarlıqlara məhəl qoymadığı” üçün atəş açdığı bildirilir.
Elchi.az xəbər verir ki, İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İran qüvvələri Oman Körfəzində bir konteyner gəmisinə “xəbərdarlıqlara məhəl qoymadığı” üçün atəş açıb.
Bu arada, Böyük Britaniya Dəniz Ticarət Təşkilatının yazılı açıqlamasında Oman Körfəzində bir konteyner gəmisinə atəş açıldığı təsdiqlənib.
Bildirilib ki, heyətə zərər dəyməyib, lakin atışma nəticəsində gəmiyə ciddi ziyan dəyib.
Şayəstə





















