Time: Tramp Amerika Quru Qoşunlarının İrana Göndərilməsini İstisna Etməyib.
Elchi.az xəbər verir ki, Time jurnalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana quru qoşunları göndərə biləcəyini etiraf edib.
“Tramp bu ehtimalı istisna etməyib. O, bildirib ki, onun fikrincə, kampaniyanın məqsədlərinə dörd-beş həftə ərzində nail olmaq olar, baxmayaraq ki, o, müddətin uzadıla biləcəyini etiraf edir. O bildirib ki, müharibə bu məqsədlərə çatana qədər davam edəcək”, – deyə məqalədə bildirilir.
Nəşrin məlumatına görə, əgər İran hakimiyyəti vəziyyətə nəzarəti saxlayarsa və ya ölkə daxilində mümkün etirazları yatırarsa, Ağ Ev quru qoşunları göndərə bilər.
3 martda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putin Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün hər cür səy göstərir. Xüsusilə, dövlət başçısı ərəb liderlərinə ölkələrindəki infrastruktura zərbələr endirilməsi ilə bağlı narahatlıqlarını İrana çatdıracaqlarına söz verib.
Şayəstə




















