Tehranda çörəkçilər pis həyat şəraitinə etiraz olaraq işə çıxmayıblar

51

İranın paytaxtı Tehranda çörəkbişirmədə çalışan insanlar pis həyat şəraitinə etiraz əlaməti olaraq işləməkdən imtina ediblər.

Elchi.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda fevralın 19-u Tehran Çörəkçilər Gildiyasının ofisinə çoxlu sayda çörəkçinin toplaşması əks olunub.

Son bir neçə ayda görünməmiş inflyasiya, yüksək qiymətlər və hökumətin vətəndaşların əsas ehtiyaclarını ödəyə bilməməsi, İranın müxtəlif bölgələrində çoxsaylı həmkarlar ittifaqı etirazlarına səbəb olub.