"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Təhsil Nazirliyi qanunlara qarşı gedərək yeni rüşvət mənbələri yaradır?

11 Mart 2019 - 13:35
in aktual-banner, Banner, Cebhe-banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap
Təhsil Nazirliyi uşaqların təhsil almaq hüququnu pozur və özləri üçün yeni “gəlir mənbəyi” yaradır…

Təhsil eksperti: “Şagirdlərin rus bölməsinə qəbulu zamanı heç bir müsahibə və müsabiqə təşkil oluna bilməz. Bunu etmək ölkə prezidentinin siyasətinə, qanunlara qarşı çıxmaq deməkdir”.

“Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur”.

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Bu sözləri təhsil eksperti Kamran Əsədov 1-ci siniflərə elektron qəbulda edilən yenilikləri PİA.az-a şərh edərkən qeyd edib.

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Martın 11-dən 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılacaq.

Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul qaydası elektron formada həyata keçiriləcək.

2019-cu ildə başlayacaq 1-ci siniflərə elektron qəbuldakı yeniliklərində məqsəd nədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Kamran Əsədov: “Qanunlar bu qədər seçim içkanı verdiyi, azadlıqları müəyyən etdiyi halda, siz niyə insanların hüquqlarını məhdudlaşdırırsız? Qanun şahdır? Yoxsa siz şahsız?”.

Təhsil Nazirliyinin ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozuduqlarını düşünən təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, hətta Nazirliyin işçilərinin Təhsil haqqında qanundan xəbərləri yoxdur və bilmirlər ki, təhsilin məqdəsi nədir:

“Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır.

Təhsil Nazirliyinin sözcüsü 13 mart 2019-cu ildə başlayacaq 1-ci siniflərə elektron qəbulda yeniliklərlə bağlı müsahibəsinə baxaq:

Sual: Digər dildə tədris aparılan bölmələr üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?

Cavab: 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi tələb olunur.

Sual: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?

Cavab: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müvafiq komissiyaya qeydiyyata yazılır. Bu prosesin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi nə zaman və necə bildiririləcək?

Cavab: Bu qiymətləndirmənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Mən bu açıqlamadan belə görürəm ki, Nazirliyin işçiləri deyəsən heç bir iş görmədən, isti otaqda, rahat kresloda oturub aldıqları böyük əmək haqqı bunlara bəs etmir, indi də 1-ci siniflərə müsahibə təyin edib yaxşı gəlir əldə etmək istəyirlər.

Kamran Əsədov: “Bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər”.

Deməli, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı qaçılmazdır. Sizcə azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün təhsil nazirliyinin resursu, kadrı varmı?

Birmənalı olaraq YOX! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Nəzərə alsaq ki, electron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər.

Digər tərəfdən bu insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasında yazılıb:

Maddə 42. Təhsil hüququ

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 45. Ana dilindən istifadə hüququ

Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

Bunlar ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozurlar. Nazirliyin işçilərinin hətta “Təhsil haqqında qanun”dan xəbərləri yoxdur və bilmirlər ki, təhsilin məqdəsi nədir.

“Təhsil haqqında qanun”da yazılıb:

19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.

Bunlar istəyir ki, atalar sözündə deyilən kimi, nə yoğurub, nə yapıb axırda kökə tapsınlar. Yəni uşaq məktəbə gələndə artıq rusca danışmağı, yazmağı öyrənsin, bunlarda sonra şəkil çəkdirib paylaşsınlar ki, bəh bəh bəh, gör biz necə uşaq yetişdiririk.

Kamran Əsədov: “Uşaq məktəbə gələnə qədər artıq rusca danışmağı, yazmağı öyrənməlidir, bunlarda sonra şəkil çəkdirib paylaşmalıdırlar ki, bəh, bəh, bəh, gör biz necə uşaq yetişdiririk”.

Ali məktəblərə qəbul imtahanlarının, olimpiyadaların nəticələri repititorların, hazırlıq kursların özəl mərkəzlərin əziyyəti hesabına başa gəldikdən sonra, bunlar öz nəticələri kimi təqdim etməyə artıq vərdiş ediblər.

Cənablar, məktəbin vəzifəsi var, ola bilsin ki, xəbəriniz yoxdur, amma qanunvericilik aktlarında bu müəyyən olunub. 2011-ci ildə qəbul edilmiş ÜMUMTƏHSİL MƏKTƏBİNİN NÜMUNƏVİ NİZAMNAMƏSİ”ndə yazılır:

3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları

3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əməkfəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.

3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri,estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır.

Yəni yuxarıda sadalanları valideyin özü eləmir, bunu məktəb etməlidir. Əgər şagird məktəbə bu bilik və bacarıqlara yiyələnib gələcəksə, onda məktəb nəyə lazımdır?

Başqa bir qanunumuzda, Azərbaycan Respublikasında dövlət dili haqqında qanunda yazılır:

II. VƏTƏNDAŞLARIN DİL SEÇMƏK HÜQUQU

Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir.

Qanunlar bu qədər seçim içkanı verdiyi, azadlıqları müəyyən etdiyi halda, siz niyə insanların hüquqlarını məhdudlaşdırırsız? Qanun şahdır? Yoxsa siz şahsız?

Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində deyilir:

3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.

Amma təhsil nazirliyi onların bu hüququnu əlindən almağa çalışır. Bundan sonra rus bölməsində təhsil almaq istəyənlərin bu istəkləri qeyri qanunumi yolla məhdudlaşdırılacaq. 28 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində demişdi: Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Rus bölməsində təhsil üçün heç bir məhdudiyyət yoxdur.

Kamran Əsədov: “Şagirdlərin rus bölməsinə qəbulu zamanı heç bir müsahibə və müsabiqə təşkil oluna bilməz. Bunu etmək ölkə prezidentinin siyasətinə, qanunlara qarşı çıxmaq deməkdir”.

Bir çox ailələrin Təhsil Nazirliyində işləyənlər qədər gəliri, maddi imkanı yoxdur ki, övladlarını bahalı liseylərə digər dillərdə təhsil alamağa qoysunlar. Onlar dövlətin onlara yaratdığı imkandan istifadə edib pulsuz təhsil almaq istəyirlər. Amma təhsil nazirliyi bonların bu hüququnu əlindən alır.

Cənablar, Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində deyilir:

7. Ümumtəhsil məktəbində təhsilalanların hüquq və vəzifələri

7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:

7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini, təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;

7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

Bunları həyata keçirmək sizin vəzifə borcunuzdur. Heç bir qanun sizin dövlət məktəblərində digər dillərdə vətəndaşın təhsil almağına mane olmağınıza imkan və icazə vermir. Şagirdlərin rus bölməsinə qəbulu zamanı heç bir müsahibə və müsabiqə təşkil oluna bilməz. Bunu etmək ölkə prezidentinin siyasətinə, qanunlara qarşı çıxmaq deməkdir”.

Previous Post

Təhsil Nazirliyi qanunlara qarşı gedərək yeni rüşvət mənbələri yaradır?

Next Post

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

Next Post
Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Son xəbərlər

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.