ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir əsas yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə İranın birpalatalı parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibafın İran xalqına müraciətində deyilir.
“ABŞ-la qarşılıqlı anlaşma memorandumu o zaman məna kəsb edir ki, onun müddəaları yerinə yetirilsin. Əgər İran bu qarşılıqlı anlaşma memorandumundan fayda əldə etmirsə, belə bir razılaşmaya əməl etməyimiz üçün heç bir əsas yoxdur”, – deyə Qalibafın Telegram kanalında yayımlanan müraciətində bildirilir.
O, vurğulayıb ki, İran Silahlı Qüvvələri “düşmənin təcavüzünə qarşı çıxmaq üçün tam hərəkət azadlığına malikdir”.





















