Misirin Süveyş kanalından keçən konteyner gəmisinin xarab olduğu və kanaldakı körpüyə çırpıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi verdiyi açıqlamada, El çayına düşən 46 metr eni, 336 metr uzunluğunda və 101 min ton yük daşıyan konteyner gəmisinin dartılması üçün 4 yedək gəmisi ilə xilasetmə işlərinin davam etdiyini bildirib.
Rabi Sinqapurdan Hollandiyaya gedən konteyner gəmisinin Süveyş kanalından keçərkən xarab olduğunu və körpüyə çırpıldığını bildirib.
Qəzanın dəniz nəqliyyatında hər hansı bir axsama yaratmadığını deyən Rabi, şimal tərəfdən kanala daxil olan gəmilərin normal marşrutları ilə keçidlərinə davam etdiklərini, cənubdan gələn gəmilərin isə müəyyən edilmiş alternativ yola yönəldildiyini, keçiddə problem yoxdur.
Nuranə Məmmədova